Slimfit
  1. CƏMİYYƏT

Bu gecə Pekindən Azərbaycana gələn sərnişinlər hava limanında koronavirusla bağlı yoxlanılıb

Bu gecə Pekindən Azərbaycana gələn sərnişinlər hava limanında koronavirusla bağlı yoxlanılıb
Sakura

Bu gecə Pekindən Azərbaycana gələn sərnişinlər hava limanında koronavirusla bağlı yoxlanılıb

Bu gecə Pekin-Bakı aviareysi ilə Azərbaycana gələn sərnişinlər Heydər Əliyev Beynəlxalq Aeroportunda ciddi yoxlanışdan keçiriliblər.

Report” xəbər verir ki, təyyarədən enən 85 sərnişin koronavirusla bağlı hava limanında olan həkimlər və epidemiologiya xidmət tərəfindən müayinə edilərək yoxlanılıb. Sərnişinlərin əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.

Dövlət Sərhəd Xidmətinin əməkdaşları tibbi maska ilə sərnişinlərin sənədlərini yoxlayıblar. 

Eyni zamanda DSX əməkdaşları tərəfindən digər ölkələrdən təyyarə ilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn sərnişinlərin onlarla təmasda olmaması üçün dövlət sərhədindən buraxılış mən­tə­qə­lə­rinə keçmələrinə icazə verilməyib.

Qeyd olunub ki, Çindən gələn sərnişinlərin hamısı təhlükəsizlik səbəbindən tibbi müayinədən keçdikdən sonra digər sərnişinlərin dövlət sərhədindən buraxılış mən­tə­qə­lə­rinə keçidinə icazə veriləcək. 

Nəticədə İstanbul-Bakı aviareysi ilə Azərbaycana gələn sərnişinlər foyedə gözləməli olublar. 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR