Slimfit
  1. CƏMİYYƏT

Bu evlərin qiyməti BAHALAŞACAQ - Əmlak eksperti

Bu evlərin qiyməti BAHALAŞACAQ - Əmlak eksperti
Sakura

Bu evlərin qiyməti BAHALAŞACAQ - Əmlak eksperti

Yeni qərara əsasən, 2023-cü il oktyabr ayından başlayaraq çıxarışı olmayan fərdi evlərə və torpaq sahələrinə kommunikasiya xətlərinin çəkilməsi qadağan olunub. Qanunvericiliklə, ev, yaxud qeyri-yaşayış obyektinə hər hansı bir kommunikasiya xətlərinin çəkilməsi üçün həmin ərazidə məntəqənin ünvanı olmalıdır.

Ens.az xəbər verir ki, bu sözləri Axar.az-a əmlak üzrə ekspert Elnur Fərzəliyev yeni tikilən evlərə kommunikasiya xətlərinin çəkilməsi ilə bağlı qəbul olunan son qaydalar haqqında danışarkən deyib.

O bildirib ki, fərdi evlərin böyük əksəriyyətində çıxarışın olmaması həmin ərazilərdə ünvanların verilməsində ciddi problemlər yaradır:

“Hazırda Bakı və Abşeronda yüz minlərlə çıxarış ala bilməyən fərdi ev var. Çıxarış ala bilməmələrinə əsas səbəb həmin yaşayış massivlərindəki torpaqların digər təyinatlı torpaqlar olmasıdır. Yəni kənd təsərrüfatı, digər təyinatlar və yaxud neftin ərazisi adlanan torpaqlarda olduqlarına görə, bu ərazilərə çıxarışlar verilmir. Fərdi yaşayış evlərinin çıxarışla təmin olunması üçün ilk növbədə torpaqlarının çıxarışları olmalıdır. Daha sonra evin üzərinə çıxarış verilməlidir. Torpaqlara çıxarışların verilməsi üçün isə təyinat dəyişikliyi olmalıdır”.

Ekspertin sözlərinə görə, yeni qaydalar əmlak bazarına təsir edəcək:

“Yeni qərardan sonra əmlak bazarında artıq çıxarışsız torpaqlara və tikilməkdə olan fərdi evlərə tələbat azalacaq. Bu isə öz-özlüyündə həmin əmlakların qiymətlərinin düşməsinə, çıxarışlı evlərin isə bahalaşmasına səbəb olacaq. Bu problemlərin həlli üçün həmin ərazilərdəki torpaq sahələrinin təyinatları dəyişməlidir. Bundan sonra fərdi yaşayış evlərinə çıxarışlar verilə bilər. Beləliklə, kommunikasiya xətlərinin çəkilməsi mümkün olar”.

Elnur Fərzəliyev bildirib ki, çıxarışlı mülk əldə etməyin üstünlükləri çoxdur:

“Çıxarışlarlar verildikdə vətəndaşların mülkiyyət hüquqları qorunar, dövlətin məruz qaldığı böyük itkilərin qarşısı alına bilər. Bu cür əmlaklar torpaq və əmlak vergisi ödəməli olacaq. Həmçinin, sığortalanır, ipoteka əmlakına çevrilə, banka girov qoya, digər kreditli şərtlərlə satıla və vərəsələr arasında bölünə bilir. Çıxarış olmadıqda isə vətəndaşlar problemlə üzləşir, dövlət isə gəlir götürə biləcəyi bu sahədən məhrum olur”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR