Dərc edildi: Baxış sayı: 297
Bu ərazilərdə su olmayacaq
Bu gecədən etibarən Sumqayıt stansiyası və ətraf ərazilərə içməli suyun verilməsi dayandırılacaq.
"Azərsu" ASC-nin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, məhdudiyyət sabah axşam saatlarına qədər davam edəcək:
"Sumqayıt Karbomid Zavoduna yeni dəmir yolunun çəkilməsi ilə əlaqədar ərazidən keçən magistral su kəmərinin yerinin dəyişdirilməsi səbəbindən bu gecədən Sumqayıt stansiyası və ətraf ərazilərə, həmçinin Müşfiqabad, Nübar, Çiçək, Hökməli qəsəbələri və ətrafdakı yaşayış massivlərinə 4 noyabr 2019-cu il axşam saatlarına qədər içməli suyun verilməsində məhdudiyyətlər olacaq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət