Bu əməliyyat sisteminin bazar payı yüksələcək
“International Data Corporation” (IDC) şirkətinin analitiklərinin proqnozuna görə, “Android” əməliyyat sistemi yalnız smartfonlar bazarında liderliyini qoruyub saxlamayacaq, həm də yaxın illərdə öz bazar payını artıracaq.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, analitiklərin ilkin məlumatına əsasən, 2018-ci ildə ümumilikdə 1,2 milyard “Android” smartfon çıxarılacaq ki, bu da ötən illə müqayisədə 3% daha azdır. "Ağıllı" telefonlar bazarının həcminin 1,42 milyard təşkil edəcəyini nəzərə alsaq, o zaman “Android” sisteminin idarəetməsi altında işləyən qurğuların bazar payı 85,1% səviyyəsində olacaq. 210,4 milyon qurğu isə “iOS” sisteminin idarəetməsi altında işləyəcək.
“IDC”-nin proqnozuna görə, 2017-2022-ci illərdə “Android” sisteminin idarəetməsi altında işləyən smartfonların tədarük həcmi hər il 1,7% səviyyəsində artacaq. Bu halda “iPhone” smartfonlarının satış həcmində heç bir dəyişiklik gözlənilmir.
Analitiklərin proqnozuna görə, 2022-ci ildə qlobal smartfon bazarında “Android” və “iOS” sistemlərinin bazar payı müvafiq olaraq 86,2% və 13,8% təşkil edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət