Dərc edildi: Baxış sayı: 460
Bu dövlət qurumu müraciətə gec cavab verdiyi üçün cərimələndi
Yasamal Rayon Məhkəməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun cərimələnməsinə dair verilmiş şikayətə baxılıb.
Oxu.Az xəbər verir ki, Fond hüquqi şəxsin sorğusuna beş gün müddətində cavab vermədiyi üçün 300 manat məbləğində cərimələnib.
İnzibati Xətalar Məcəlləsinin 347-ci (hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan beş gün müddətində verilməməsinə görə) maddəsi ilə ittiham edilib.
Yasalam Rayon Məhkəməsinin qərardadından verilən şikayətə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət