Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Bu dərmanlar məhv edilir - Xərçəng yaradır

Bu dərmanlar məhv edilir - Xərçəng yaradır
Sakura

Bu dərmanlar məhv edilir - Xərçəng yaradır

Tailandın Qida məhsullarına və dərmanlara nəzarət idarəsi hipertoniya xəstəliyinin müalicəsində istifadə olunan 5 növ dərman vasitəsini ölkə apteklərindən və xəstəxanalarından yığışdırmağa qərar verib.

Day.Az-ın Trend-ə istinadən məlumatına görə, bu dərmanların yerli şirkətlər tərəfindən istehsal olunduğu, əsas inqrediyentinin Çindən gətirildiyi və tərkibində onkoloji xəstəliklərə səbəb olan maddələrin aşkar edildiyi bildirilir.

 
İdarə son vaxtlarda bu dərmanlardan istifadə edən pasiyentlərdən xahiş edir ki, təcili olaraq həmin dərmanları aldıqları aptek və xəstəxanalara qaytarsınlar: "Bu dərmanlar məhv edilməlidir".

Geri çağırılan dərmanlar Tailandın "Silom Medical" firması tərəfindən istehsal olunan qan təzyiqinə nəzarət üçün qəbul edilən "Valatan 80", "Valatan 160", həmçinin "Unison Laboritories"in istehsal etdiyi "Valsarin 80", "Valsarin 160" və "Valsarin 320"-dir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR