Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Bu dərmanın istifadəsi koronavirusdan ölənlərin sayını artırır

Bu dərmanın istifadəsi koronavirusdan ölənlərin sayını artırır
Sakura

Bu dərmanın istifadəsi koronavirusdan ölənlərin sayını artırır

Hazırda bir çox ölkələrdə koronavirusun müalicəsində əslidə malyariya əleyhinə olan hidroksixloroxin preparatı istifadə olunur.  

Saglamolun.az bildirir ki, bu dərmanın koronavirus zamanı effektivliyi haqqında hətta ABŞ prezidenti Donald Tramp deyirdi.

Əvvəllər belə hesab olunurdu ki, hidroksixloroxin koronovirusun ən ağır fəsadı olan “sitokin fırtınası”nın qarşısını alır. Sitokin fırtınası zamanı immun sistemi qana az müddət ərzində böyük miqdarda sitokinləri (immun hüceyrələri) buraxır ki, nəticədə insan həlak olur.  

Əvvəllər hesab edirdilər ki, hidroksixloroxin immun sistemini “sakitləşdirir”. Lakin daha sonra məlum olub ki, preparat nəinki xəstəlik zamanı fayda vermir, hətta koronavirusdan ölümün riskini artırır. Bu haqda The Daily Mail məlumat verib.

ABŞ-da aparılmış araşdırmalar göstərib ki, malyariya əleyhinə preparatı qəbul edən xəstələrin 28% vəfat edib.  Bu preparatı qəbul etməyən xəstələrin arasında isə ölüm 11% təşkil edib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR