Slimfit
  1. CƏMİYYƏT

Bu deputatlar Milli Məclisin iclasından çıxarıla bilər

Bu deputatlar Milli Məclisin iclasından çıxarıla bilər
Sakura

Bu deputatlar Milli Məclisin iclasından çıxarıla bilər

Milli Məclisin sədri Sahibə Qafarovanın deputatları iclas zalından çıxarmaq hüququ var.

Oxu.Az-ın məlumatına görə, bu məsələ Milli Məclisin Daxili Nizamnaməsi ilə tənzimlənir.

Milli Məclisin iclaslarında iştirak edənlər parlament etikasını gözləməlidirlər. Onlar Milli Məclisin iclaslarının aparılmasına mane olmamalı, çıxış edənlərin sözünü kəsməməli, iclasın normal gedişini və iş qaydasını pozmamalıdır.

 

İnsanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli, qanunsuz hərəkətlərə çağırmamalıdırlar.

Əks təqdirdə Milli Məclisin iclasına sədrlik edən şəxs (Parlament sədri, Milli Məclis sədrinin birinci müavini və digər vitse-spikerlər) parlament etikasını gözləməyənlərə xəbərdarlıq edir.

Təkrar pozuntuya yol verilərsə, bütün iclas günü ərzində həmin şəxsi sözdən məhrum edə və bunu iclasda elan edə bilər.

Özünü bu tərzdə aparmaqda davam edən şəxs Milli Məclisin iclasına sədrlik edənin göstərişi ilə iclas salonundan çıxarıla bilər. İclasın iş qaydasının pozulması ilə əlaqədar bütün hallar Milli Məclisin iclasının protokolunda qeyd olunur.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR