Slimfit
  1. MARAQLI

Bu dəmləmə sizə arıqlamağa kömək edəcək

Bu dəmləmə sizə arıqlamağa kömək edəcək
Sakura

Bu dəmləmə sizə arıqlamağa kömək edəcək

Artıq çəkidən xilas olunmaq üçün müxtəlif vasitələrdən istifadə olunur. Bu vasitələrdən biri xüsusi arıqladan çaylardır.

Belə çaylar yüngül sidikqovucu təsir edir, orqanizmdən artıq mayeni xaric edir, maddələr mübadiləsi proseslərini stimullaşdırır, bağırsaqların fəaliyyətini yaxşılaşdırır ki, nəticədə insan arıqlayır.

Arıqladan çayların reseptləri çoxdur. Saglamolun.az sizə belə reseptlərdən birini təqdim edirik. Bu reseptin müəllifi rusiyalı həkim naturopat (təbii vasitələrlə müalicə edən həkim) İnna Medvedevadır.

Tərkib:

- 2 x.q. qurudulmuş itburnu

- 1 limonun sedrası (sarı qabığı)

- 1 x.q. quru nanə

- 1 çimdik üyüdülmüş darçın

- 1 çimdik üyüdülmüş zəncəfil

Hazırlanması:

İtburnu meyvələri əzilir, limon sedrası sürtgəcin köməyi ilə soyulur. Bütün inqrediyentlər termosa tökülür, üzərinə 1 l isti su (qaynar yox!) əlavə olunur, 3-4 saat dəmlənilir, tənzifdən bir neçə dəfə süzülür, gün ərzində adi çay kimi içilir.

Hər gün yeni dəmləmə hazırlayın. Müalicə kursu - 7-10 gün. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR