Dərc edildi: Baxış sayı: 804
Ötən gündən başlayaraq paytaxtda əsən güclü külək nəticəsində aşan ağacların sayı artıb
Ötən gündən başlayaraq paytaxtda əsən güclü külək nəticəsində aşan ağacların sayı artıb.
Bu barədə özəl olaraq Trend-ə Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib. O, bildirib ki, vəziyyət çox acınacaqlıdır:
“Dünəndən bu günə kimi şəhərin müxtəlif yerlərindən istər vətəndaşlar, istərsə də qurumlar tərəfindən 60-a yaxın ağac aşması barədə məlumat daxil olub. Müraciətlər ən çox Yasamal, Səbail, Nəsimi və Xətai rayonlarındandır. Xoşbəxtlikdən aşan ağaclar ətrafda olan insanlara, yaşayış obyektlərinə və avtomobillərə ziyan vurmayıb”.
Şöbə rəisi qeyd edib ki, aşan ağaclar arasında qorunub saxlanılan ağaclar da var: “Mütəmadi qulluq edilən, ekoloji tarazlığı tənzimləyən və dekorativ 6 ağac aşıb. Onlar Eldar şamı, sərv və göyrüş ağaclarıdır”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət