Slimfit
  1. MARAQLI

Bu da yeni bəla! 2025-ci il üçün bədbin proqnoz açıqlandı

Bu da yeni bəla! 2025-ci il üçün bədbin proqnoz açıqlandı
Sakura

Bu da yeni bəla! 2025-ci il üçün bədbin proqnoz açıqlandı

Dünyada son 3 milyon il ərzində ən fəlakətli durum qeydə alınacaq.

Ens.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, Sauthempton Universitetinin yeni araşdırmasına görə, 2025-ci ilə qədər Yer atmosferindəki karbon qazının səviyyəsi son 3,3 milyon il ərzində ən isti dövrlərdən belə, daha yüksək səviyyədə olacaq.

Alimlər Karib dənizinin okean çöküntülərindəki kiçik qalıqların kimyəvi tərkibini təhlil ediblər. Bu məlumatlar Pliosen dövründəki atmosferin kimyəvi tərkibini müəyyənləşdirməyə imkan verib.

Tədqiqat müəllifləri borun izotopik tərkibinə diqqət yetiriblər. Bu element birhüceyrəli orqanizmlərin - foraminiferlərin membranlarında mövcuddur.

Onlar uzunluğu 0,5 mm-dən çox olmur, milyonlarla il ərzində tədricən dəniz dibi üzərində yığılırlar. Borun izotop tərkibi dəniz suyunun turşuluğundan asılıdır və pH da öz növbəsində atmosfer CO2-nin konsentrasiyasını göstərir.

Qeyd edək ki, üç milyon il əvvəl planetimizdəki orta istilik bu gündən 3 dərəcə yüksək olub. Qütbdəki buz örtükləri azalıb və dəniz səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib.

Bənzər iqlim prosesləri bu gün də baş verir. Alimlər bu cür istiləşmə dövrlərinin Yerin ekosisteminə necə təsir etdiyini öyrənməyi planlaşdırıblar və gözlənilməz faktlar aşkarlayıblar. Məlum olub ki, ən isti dövrlərdə belə, CO2 səviyyəsi milyona 420 (ppm) hissəni keçməyib.

Bu, indiki göstəricilərlə müqayisə edilə bilər (415 ppm). Amma havadakı karbon qazının miqdarı ildə 2,5 promil sürətlə artmaqda davam edir. Bu isə o deməkdir ki, 2025-ci ilə qədər Yer kürəsində Pliosen dövrünün istiləşməsi zamanı olan "rekord" yenisi ilə əvəz olunacaq.

"Gələcəkdə CO2 göstəriciləri son 15 milyon ildə ən yüksək həddə də çata bilər" - deyə araşdırma müəllifi Alvin de la Vega qeyd edib

XXI əsrdə iqlim üç milyon il əvvəlkindən daha soyuq olaraq qalır. Amma alimlərin fikrincə, bu müvəqqəti bir təzahürdür. Bu günə qədər atmosfer prosesləri müəyyən dərəcədə CO2 emissiyalarını kompensasiya edib, lakin onların həcmi artmaqda davam edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR