Slimfit
  1. MARAQLI

Bu çay məkkəgülü çiçəyinin qurudulmuş ləçəklərinin dəmlənməsi ilə hazırlanır.

Bu çay məkkəgülü çiçəyinin qurudulmuş ləçəklərinin dəmlənməsi ilə hazırlanır.
Sakura

Bu çay məkkəgülü çiçəyinin qurudulmuş ləçəklərinin dəmlənməsi ilə hazırlanır.

Məkkəgülü çayının dəmlənməsi olduqca sadədir. Eynilə qara çayı dəmlədiyimiz kimi, qaynayan suyun üzərinə bir miqdar Məkkəgülü əlavə edilərək, dəmlənməyə qoyulur. Təxminən 3-5 dəqiqə sonra çay hazır olur. Məkkəgülü çayı həmçinin zəncəfil, yaşıl çay, qara çayla qarışdırılaraq da hazırlana bilər. Bu bitkidən hazırlanan çayın qış aylarında bədən üçün xüsusi faydası vardır. Məkkə gülü bitkisinin dəmləməsini il boyu içə bilərsiniz.

Üzvi turşularla da zəngin tərkibi ilə məkkəgülü çayı bir çox xəstəliklərin təbii dərmanıdır. Onun bədənə şəfa verdiyi və təravətləndirdiyi elmi araşdırmalarla da sübut edilmişdir. Bu bitki C vitamini ilə zəngindir ki, həmin vitamin sayəsində bir çox xəstəliklərin yaranması əngəllənir.

Bu içkinin dadı turşməzə, rəngi qırmızı və xoş ətri var. Zövqə uyğun olaraq, isti və ya soyuq şəkildə içilir. İçkiyə dad vermək üçün şəkər və ya bal əlavə etmək olar. Ramazan ayı vaxtı oruc tutanlar üçün sahurda içmək tövsiyə olunur.

Latınca “hibiscus” adlanan məkkəgülünün geniş yayılmış digər adları roselle, kerkede və karkadedir. Həmçinin onu narçiçəyi, yamaykagülü, Misir qızılgülü və başqa adlarla da adlandırırlar. Əməköməcilər fəsiləsinə aiddir.

Məkkəgülü çayının möcüzəvi faydaları və zərərləri ilə bağlı “TarPas” kanalının hazırladığı videoda tanış ola bilərsiniz.

 

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR