Dərc edildi: Baxış sayı: 516
Bu, bütün ölkələr üçün dərin çat yaratdı - Merkel
Almaniya Breksitdən sonra da Böyük Britaniyanın yaxın partnyoru olmaq istəyir.
Axar.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel deyib.
“Biz İngiltərənin yaxın dostu və partnyoru olmaq istəyirik. Çünki bizi ümumi dəyərlər birləşdirir. Breksit bütün ölkələr üçün dərin çat yaratdı”, - deyə Merkel bildirib.
Qeyd edək ki, yanvarın 31-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa İttifaqının (Aİ) üzvlüyündən çıxması (Breksit) rəsmiləşib və Birləşmiş Krallığın Aİ-dən çıxması ilə əlaqədar “keçid dövrü” başlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət