Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Bu bitki təbii antidepressantdır

Bu bitki təbii antidepressantdır
Sakura

Bu bitki təbii antidepressantdır

Adi dazı bitkisi depressiyadan, yara və yanıqlara qədər bir çox müalicəvi xüsusiyyətlərə malikdir.

Publika.az oxucuları bu bitkinin 3 müalicəvi xüsusiyyəti ilə tanış edib.

Yanıqlar üçün

kantaron

Adi dazı

İki yemək qaşığı kokos yağı

Bir xörək qaşığı zeytun yağı

Bir xörək qaşığı adi dazı yağı

150 q mum

20 damcı damla lavanda və vanil yağı

Qazanı su ilə doldurun və içinə şüşə bir qab qoyun. Buxar üsulu ilə yağları əridin. Kokos, zeytun, adi dazı və mumu qaba töküb hamısını qarışdırın.

Son olaraq lavanda və vanil yağını da əlavə edib qabı qazandan götürün. Hazırlanan qarışığı şüşə qaba töküb ağzını bağlayın. Krem kimi bərkiyəndən sonra yanıq izlərinə sürtün.

Yuxu və depressiya problemlərinə qarşı çay

kantaron (2)

Bir ovuc adi dazı

Bir stəkan su

Adi dazını dəmləyib 10 dəqiqə gözləyin. Yatmazdan yarım saat əvvəl ilıq halda için. Daimi olaraq içsəniz, həm yuxu keyfiyyətini artıracaq, həm də depressiya əlamətlərini minimuma endirəcək.

Dəri ləkələri üçün zərdab

leke

200 ml. adi dazı yağı

Bir çay qaşığı itburnu yağı

20 damcı lavanda cövhəri

10 damcı avokado yağı

Bütün inqrediyentləri qarışdırıb şüşə qaba əlavə edib qarışdırın. Məlhəmi ləkəli hissələrə sürtün. Ancaq adi dazı yağını sürtdükdən sonra günəşə çıxmaq olmaz.

Əzələ və oynaq ağrılarına qarşı

eklem

4 yemək qaşığı adi dazı yağı

2 yemək qaşığı qırmızı toz istiot

1 yemək qaşığı zəncəfil tozu

2 yemək qaşığı şi yağı

2 yemək qaşığı mum

Yenə buxarla əritmə üsulunu tətbiq edəcəyik. Qazanı su ilə doldurun və istiliyə dözümlü şüşə qabı qazanının ortasına qoyun. Su isinəndə şi, adi dazı yağı, istiot, zəncəfil və mumunu qaba əlavə edin. Taxta qaşıq köməyi ilə qarışdırın və mumun əriyərək inqrediyentlərə qarışmasını gözləyin.

Bütün inqrediyentlər əriyib bir-birinə qarışanda qabı qazandan alın. Məlhəmi şüşə bankaya töküb ağzını bağlayın. Donduqdan sonra ağrılı yerlərə sürtün.

Əgər istifadə edilən inqrediyentlərə qarşı allergiya varsa, istifadə etməyin. Hazırlanan məhsulları ilk növbədə dəridə sınaqdan keçirin.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR