Slimfit
  1. CƏMİYYƏT

Bu binalar mərkəzi istilik sisteminə qoşulmayıb – Səbəb

Bu binalar mərkəzi istilik sisteminə qoşulmayıb – Səbəb
Sakura

Bu binalar mərkəzi istilik sisteminə qoşulmayıb – Səbəb

Noyabrın 15-dən ölkədə istilik sistemi ilə bağlı qış mövsümünə keçid başlayacaq.

Axar.az xəbər verir ki, bunu Azəristiliktəchizat Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini İlham Mirzəliyev Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, ölkədə istilik təchizatı sisteminin bərpası və dönüş nöqtəsi 2005-ci ildə səhmdar cəmiyyətin yaradılması olub:

“Ötən illər ərzində bu sahədə əməli işlər görülüb. İlk növbədə ictimai müəssisələrin istiliklə təchizatı ilə bağlı mühüm işlər görülüb. Ötən müddət ərzində 172 istlik mənbəyi yaradılıb. 57 istilik məntəqəsində müasir qazanxanalar qurulub. Bu günədək istilik sistemi ilə bağlı 2700-dən artıq lokal layihə həyata keçirilib. İstilik alan məktəblərin sayı 66 ədəd, sosial obyektlərin sayı 1219 ədəd artıb. İstiliyin keyfiyyət parametrlərində də dəyişiklik baş verib. Əgər 10 il əvvəl su sərfiyyatı 10-12 milyard kubmetr təşkil edirdisə bu gün 1 milyard kubmetrdir”.

İ.Mirzəliyev müəyyən problemlərin olduğunu qeyd edib.

“Bunu vətəndaş müraciətləri də göstərir. Biz bu müraciətləri çox diqqətlə dinləyirik. Əsas problemlər bu gün Bakının özündə mərkəzi sistemə bəzi binaların qoşulmaması ilə bağlıdır. 300-ə yaxın bina mərkəzi istilik sisteminə hələ tam qoşulmayıb. Həmin binalar daxilində sistemlərin tam layihəyə uyğunluğu ilə bağlı problemlər var. Bir sıra digər texniki problemlər də var. Bu cür müraciətlərin asanlaşdırılması üçün 956 nömrəli çağrı mərkəzi fasiləsiz fəaliyyət göstərir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR