Slimfit
  1. AVTO VƏ MOTO

Bu benzinlər avtomobildə problem yaradır

Bu benzinlər avtomobildə  problem yaradır
Sakura

Yanacaq hansı halda avtomobilin mühərrikində problemə səbəb olur?

Avtomobil üzrə texniki məsləhətçi Əli Sultanov Metbuat.az-a açıqlamasında bildirib ki, sürücü “Premium” marakalı benzinlə işləyən avtomobilinə ucuz olduğu üçün “Aİ-92” markalı benzin tökərsə, bu zaman mühərrikdə bir çox fəsadlar üzə çıxır, sonra da günah yanacaqda görülür:

 

“Yol kənarında satılan benzinlər yanacaqdoldurma məntəqələrindən qiyməti ucuzdursa, deməli ona nə isə qarışdırılıb. Bax bu yanacaqlar avtomobilə ziyan vura bilər. Üstəlik, yanacaq o zaman avtomobildə problem yaradır ki, “Aİ -95” marakalı benzinin yerinə “Aİ-92” marakalı benzin vurasan. “Aİ -95” və “Aİ-92” markalı benzinin sıxlığında fərq var, sıxlıq dəyişən zaman benzinin keyfiyyəti aşağı düşür. Hər bir istehsalçı mühərrikin yanma kamerasını avtomobilin gücünə görə istehsal edir”.

Nəqliyyat məsələləri üzrə eksprt Ərşad Hüseynov isə qeyd edib ki, yanacaqdoldurma məntəqələri istehlakçıdan aldıqları yanacağı standarta uyğun şəkildə sürücüyə çatdırmalıdır:

 

“Sürücülərə tövsiyəmiz odur ki, etibarlı, yanacağın keyfiyyətli olduğuna əmən olduqları, saxlanma şəraitinə riayət olunan məntəqələrdən istifadə etsinlər. Yanacağın xüsusi saxlanma şəraiti var. O, qapalı, hermetik olan yerlərdə saxlanmalıdır, həmin yerdə buxarlanma olmamalıdır. Benzin uzun müddət saxlanılmamalıdır. O, uzun müddət qalanda keyfiyyətin itirir. Çünki uzun müddət qalanda onun tərkibində müəyyən franksiyaların dəyişməsi baş verir, çökmələr qeydə alınır. Əsas məsələ yanacaqdoldurma məntəqələrinin üzərinə düşür. Onlar istehlakçıdan aldıqları yanacağı standarta uyğun şəkildə sürücüyə çatdırmalıdır. Bakıda yox, rayonlarda yanacaqdoldurma məntəqələri uzaq olduğuna görə insanlar köhnə su qablarında yanacaq satırlar. Belə yerdə diqqətli olmaq lazımdır. Bu cür satılan yanacağın nə olduğunu heç kəs gözlə müəyyən edə bilməz. Onun nəzərdə tutulan tələblərə cavab verib-verməməsini yalnız labaratoriyada müəyyən etmək olar. Yanacaq mühərrikə uyğun olmadıqda, yanma prosesi düz getmir. Həm sürücü ziyana düşür, həm də ətraf mühit daha çox çirkləndirilir. Ona görə, diqqətli olmaq lazımdır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR