Dərc edildi: Baxış sayı: 424
"Bu baş versə, biz qısa müddətdə bağlanmalı olacağıq" - Şahmar Mövsümov
"Elə bir hiss yaranır ki, insanlar hələ də axıra qədər bu riskləri dərk etmirlər".
Ens.az MediaPost-a istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində çıxışı zamanı deyib. O, paytaxt küçələrində kütləvi toplaşan insanlara xəbərdarlıq edib:
"Hələ kafe və restoranlar açılmayıb, artıq bu həcmdə insanların bir yerə toplaşaraq maskasız gəzməsinin şahidi oluruq. Biz belə davam edə bilməyəcəyik. Bu baş versə, biz qısa müddətdə bağlanmalı olacağıq. Bu bağlanmanın da səbəbi göz qabağındadır. Burada hökuməti nədəsə günahlandırmaq, nəyisə düzgün etmədiyimizi demək düzgün olmaz".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət