Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Bu bakteriyalar orqanizm üçün vacibdir

Bu bakteriyalar orqanizm üçün vacibdir
Sakura

Bu bakteriyalar orqanizm üçün vacibdir - Həkim məsləhəti

İnsan orqanizmində çoxlu dost bakteriyalar vardır. (Doğum əsnasında anadan uşağa keçən bu bakteriyalar, yaşımız irəlilədikcə qidalanma şəklimiz, istifadə etdiyimiz dərmanlar və s. faktorlarla ədədlərində dəyişkənlik göstərir.) Hər insanın bağırsaq florası (bağırsaqda yaşayan mikroorqanizmlər) özünəməxsusdur. Bu faydalı (dost) bakteriyalar bağırsaq funksiyalarımızın düzgün bir şəkildə işini təmin etməklə bərabər immunitet sisteminin də təsirli bir şəkildə işini təmin edərək xəstəliklərə qarşı müqavimətimizi artırar. 

Bildiyimiz kimi, antibiotiklərin adı "qara siyahı"ya salınsa belə, biz çox sevirik onları. Hər xəstəlikdə - ən kiçik boğaz ağrısında, bədən soyuqladıqda bol-bol istifadə üçün antibiotik yazmayan həkimləri, antibiotikləri reseptsiz verməyən əczaçıları qınadıq. Bəs nəticə nə oldu? Hər şeyin çoxunda olduğu kimi, antibiotikin də çoxunun zərərlərini gördük. Bizi xəstə edən bakteriyalarla birlikdə, bizim xəstəliklərə qarşı müqavimətimizi meydana gətirən bakteriyaların də yox olmasına səbəb olduq. Əslində bizim üçün çox faydalı ola biləcək antibiotikləri şüursuzca zərərli hala gətirdik. Antibiotiklərin məqsədi infeksiyalı bölgəyə təsir edərək, infeksiyaya səbəb olan bakteriyaları məhv etməkdir. Lakin hər antibiotik müalicəsindən sonra, şəkərli qidalarla, qazlı içkilərlə, zərərli bakteriyalarla birlikdə bağırsaq floramızdaki faydalı bakteriyalar də ölür, ishal, qəbizlik kimi istənilməyən problemlərlə qarşılaşırıq. Bəs bu zaman bir dəfə istifadə etməklə yox olan bu dost bakteriyalarımızı necə əldə bilərik deyə soruşacaq olsanız, probiotik, prebiotik və sinbiotikləri istifadə edərək dost bakteriyaları yenidən əldə edə bilərik. Bu dəfə onları kənardan alacağıq. Yaxşı nədir bu probiotiklər, prebiotiklər, sinbiotiklər? 

Probiotik nədir?

Probiotics (Yunan sözü olub, "həyat üçün olan" mənasını verir), bağırsaq florasını təşkil edən və immunitet sistemini xəbərdar edərək sağlamlığa müsbət istiqamətdə təsir edən canlı mikroorqanizm dəstəyi olaraq təyin olunur. Qısaca bağırsaqlardakı mikroflorada bizlərə dost olan, bağırsaq hərəkətlərimizi təşkil edən faydalı mikroorqanizmlər deyə bilərik. Probiotiki bir çox şəkildə əldə edə bilərsiniz. Qidalardan ala biləcəyiniz kimi, bakteriyanın özünü sintetik olaraq da bir çox dəyişik formalarda (tablet, kapsul, toz şəklində) həkiminizlə və əczaçınızla məsləhətləşərək asanlıqla əldə edə bilərsiniz. İstifadə edilən ən məşhur probiotik bifidobacteria və lactobacilli dir. Son edilən araşdırmalarda probiotik - dinclik təmin etdiyi, allergik xəstəlikləri önlədiyi, atopik dermatit müalicəsində; antibiotik istifadəsi sonrası ortaya çıxan ishal və qəbizlik kimi bağırsaq problemlərində; depresiya müalicəsində, (xoşbəxtlik hormonu olaraq seratoninin 95 faizinin bağırsaqlardan alındığını bilirsinizmi?) egzema, xərçəng, diabet, göbələk infeksiyaları, obezite, diqqət əskikliyi, ağız qoxusu, vaginal infeksiyalar kimi bir çox xəstəliyin müalicəsində istifadə edildiyi görülmüşdür. Probiotik ehtiva edən qidalar: Kefir, evdə öz əllərimizlə mayaladığımız yoqurtlar, turşular. 

Prebiotik nədir? 

Prebiotiklər, probiotik (dost bakteriyalar) fəaliyyətini və çoxalmasını seçici olaraq xəbərdar edən, sağlamlığımıza müsbət istiqamətdə təsir edən, həzm olunmayan qida komponentləridir. Qısaca, yuxarıda bəhs etdiyimiz faydalı mikroorqanizmləri (probiotik) bəsləyir və ya onlar kimi birbaşa müsbət təsir göstərirlər, probiotiki xəbərdar edirlər. Prebiotiklərin olduğu qidalar bunlardır: Zeytun, banan, üzüm, çiyələk, alma, qoz, badam, fındıq, kətan toxumu, yulaf, qara buğda, arpa, kəpəkli düyü, yer alması, bamiyə (əməköməcikimilər fəsiləsinin abelmoş cinsinə aid birillik bitki növü), ənginar, kərəviz, pomidor, soğan, sarımsaq, kasni, quşqonmaz, xardal bitkisi, paxla, mərcimək, göy noxud, noxud. Prebiotiklər insan sağlamlığı üzərində əhəmiyyətli təsirlərə malikdir.

Sinbiotik nədir?

Probiotik və prebiotikləri birlikdə saxlayan, qida və ya dəstək məqsədli istifadə məhsullardır. Probiotiklərlə birlikdə yanacağı olan prebiotiklər verildiyində daha uzun müddət canlı qalacaqları fərz edilir. Prebiotik və probiotik təsirlərinin eyni istiqamətdə olduğu düşünülməkdədir. Qeyd: Məlum olduğu kimi, məhz bu zamanlar (havalar tam xəstəlik havası), mövsüm dəyişiklərindən qaynaqlanacaq xəstəliklərə qarşı müqavimət qazanmaq üçün, eyni zamanda xəstəlik zamanında istifadə etdiyimiz antibiotiklərin yox etdiyi faydalı bakteriyaları yerinə qoymaq üçün probiotikə başlayaraq, payız və qış dövrünü rahat keçirə bilərsiniz. Yay tətilindən sonra şagirdlər üçün məktəb mövsümü açılır. Məktəbə ilk dəfə gedəcək uşaqların içdikləri su, yedikləri yemək, tənəffüs etdikləri hava və təmasda olduğu insanlar dəyişəcək. Uşaqların bu dəyişikliklərə ən asan şəkildə adaptasiya olmaları üçün, uyğun probiotik dəstəyi onlara və sizə çox yaxşı bir dost ola bilər.Uzun xarici və ölkə daxili səyahətlərdə də yanınıza alacağınız probiotik, tətilinizi rahat keçirməyinizi, mövsüm, qidalanma və su dəyişikliyi kimi faktorlardan ən az zərərlə, ən yaxşı şəkildə keçirməyinizə yardımçı olacaq.

 

Mənbə: Modern.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR