Slimfit
  1. AZƏRBAYCAN

Bu ay Azərbaycanın 20-dən çox rayonunda əmək yarmarkası keçiriləcək

Bu ay Azərbaycanın 20-dən çox rayonunda əmək yarmarkası keçiriləcək
Sakura

Bu ay Azərbaycanın 20-dən çox rayonunda əmək yarmarkası keçiriləcək

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyanında Dövlət Məşğulluq Xidməti tərəfindən respublikanın bölgələrində əmək yarmarkalarının təşkili işləri davam etdirilir.

Bu barədə "Report"a Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sentyabr ayı ərzində respublikanın 20-dən çox rayonunda (Goranboy, Qobustan, Cəlilabad, Qusar, Ucar, Lerik, Biləsuvar, Bərdə, Astara, Ağcabədi, Şabran, Zaqatala, Balakən, Salyan, Ağdam, Beyləqan, Ağdaş, Tovuz, Yardımlı və s.) əmək yarmarkalarının keçirilməsi planlaşdırılıb. Yarmarkalarda həmin rayonlar üzrə boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif ediləcək, onlara seçimlərinə və əmək bacarıqlarına uyğun vakant iş yerlərinə göndərişlər veriləcək.

Həmin tədbirlər zamanı ödənişli ictimai işlərə cəlb olunmaq və əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına cəlb edilmək istəyənlər qeydiyyata götürüləcək.

Əmək yarmarkalarında vakant iş yeri təqdim edilən müəssisələrin nümayəndələri də iştirak edəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR