Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Bu ağrılar boyun osteoxondrozunun əlamətidir

Bu ağrılar boyun osteoxondrozunun əlamətidir
Sakura

Bu ağrılar boyun osteoxondrozunun əlamətidir

Servikal (boyun) baş ağrısı xroniki baş ağrılarının 15-18%-ni təşkil edir.

Bunu fizioterapiya və tibbi bərpa üzrə mütəxəssis Sənan Cəfərov deyib. Onun sözlərinə görə, bu ağrıların yaranma səbəbi boyundakı əzələ və sümük sistemində olan disfunksiya ilə əlaqəlidir. Boyun osteoxondrozu zamanı onurğanın boyun hissəsinə aid olan fəqərələr və onların arasında olan disklər deformasiyalara uğrayır.

Bu ağrılar nə ilə xarakterikdir?

Bu halda tez-tez təkrarlanan baş ağrıları yaranır

Ağrı birtərəfli olur

Boyundan başlayaraq ənsə təpə alına doğru davam edir

Ağrı sıxıcı və ya küt xarakterli olur

Boyun hərəkətiylə baş ağrısı artır

İsti və ya boyun bölgəsinin masaj olunmasıyla ağrı azalır

Qulaqlarda küy, daim yorğunluq hissi

S. Cəfərov bildirib ki, yuxarıda sadalanan simptomlardan ən azı ikisinin olması, xəstənin vaxtında gecikmədən həkimə (fizioterapevt) müraciət etməsinin lazım olduğunu bildirir.

Bəs müalicə necə aparılır?

Mütəxəssis deyib ki, xüsusilə, stress boyun əzələlərində gərilməyə səbəb olur ki, bu da boyun ağrısı və gərilmə baş ağrısını meydana gətirir. Bu şəkildə yaranan ağrılarda yerli inyeksiyalar, relaksasiya edici idmanlar, fizioterapiya, antidepresant və əzələ relaksasiya edici dərmanlar faydalı olur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR