Slimfit
  1. AZƏRBAYCAN

BSU-da “Primakov kampaniyasına dəstək” - Tələbələrə məcburi inşa yazdırılır?

BSU-da “Primakov kampaniyasına dəstək” - Tələbələrə məcburi inşa yazdırılır?
Sakura

BSU-da “Primakov kampaniyasına dəstək” - Tələbələrə məcburi inşa yazdırılır?

Bakı Slavyan Universitetinin (BSU) bir qrup tələbəsinin 20 Yanvar qırğınının əsas iştirakçılarından sayılan sovet və Rusiya dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı keçirilmiş esse müsabiqəsində iştirak etməsi ilə bağlı yaranmış ajiotajdan sonra universitet rəhbərliyi tərəfindən tələbələrə məcburi inşa yazdırılması barədə məlumat yayılıb.

Axar.az xəbər verir ki, Bakı Slavyan Universitetinin tələbələrinə Primakovla bağlı inşa yazmaları üçün xüsusi ayrılmış auditoriyaya gəlmək tapşırığı verilib.

Məqsəd isə Rusiya səfirliyinin Yevgeni Primakovla bağlı elan etdiyi esse müsabiqəsinə qatılması səbəbindən böyük qınaqla üzləşməsinə bəraət qazanmaqdır.

İddia edilir ki, tələbələrdən bəziləri bu kampaniyaya qoşulmaqdan imtina etdikdə onlara aqibətlərinin yaxşı olmayacağı ilə bağlı xəbərdarlıq edilib.

Hazırda böyük auditoriyaya doldurulan tələbələrin “Primakov kampaniyasına dəstək” inşası davam edir.

Məsələ ilə bağlı danışan BSU-nun mətbuat katibi Mənsur İbrahimli tələbələrə heç bir göstəriş verilmədiyini deyib:

“Bu barədə universitet tələbələrə heç bir göstəriş verməyib, onlara məcburi yazı yazdırılmayıb. Yayılan məlumatlar böhtandır, iftiradır.

Hansısa tələbə yazırsa, öz real, obyektiv, sağlam düşüncəli mövqeyini yazır. Burada göstərişdən söhbət gedə bilməz. Hər şeyi tələbələr könüllü edir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR