Slimfit
  1. İDMAN

Brüs Linin müasir MMA döyüşlərində şansı olmazdı

Brüs Linin müasir MMA döyüşlərində şansı olmazdı
Sakura

Brüs Linin müasir MMA döyüşlərində şansı olmazdı

Keçmiş qarışıq üslublu döyüşçü (MMA) Çeyl Sonnen 1970-ci illərin məşhur aktyor və döyüş sənətçisi Brüs Linin müasir döyüş sənətçiləri ilə dueldə şanslarından danışıb. Amerikanın həmin videonu özünün YouTube kanalında yerləşdirib.

Onun fikrincə, Li-nin müasir MMA-da şansı olmayacaqdı. Eyni zamanda keçmiş döyüşçü film aktyorunun döyüş sənətinə verdiyi töhfələri də vurğulayıb. Sonnen döyüş sənətlərinin müxtəlif növləri ilə məşğul olmağı təbliğ edən və müxtəlif texnikaları birləşdirənin məhz Brüs Li olduğunu qeyd edib. O, qeyd edib ki, 1970-ci illərdə bir çox məşq müəllimləri yetirmələrinə digər zallarda məşq keçməyi qadağan etmişdi. Tələbələrini fərqli qaydalara uyğun olaraq döyüşlərdə qüvvələrini sınamağa təşviq edən Linin davranışını Sonnen "cəsarətli" adlandırıb.

Ens.az bildirir ki, Sonnen Mütləq Döyüş Çempionatında (UFC) və Bellatorda çıxışları ilə məşhurdur. UFC çempionu olmağa iddiaçı idi, amma braziliyalı Anderson Silva ilə dueldə uduzmuşdu.

Li, dünyada döyüş sənətlərinin populyarlaşmasına verdiyi töhfələrə görə müasir MMA-nın öncüllərindən biri hesab olunur. Aktyor bir çox filmlərlə məşhurdur: "Böyük boss", "Qəzəbin yumruğu", "Əjdahanın yolu", "Əjdahanın çıxışı" və "Ölüm oyunu". ABŞ-da Li televiziya çəkilişlərində iştirak edir və təlimatçı olaraq çalışırdı. O, boks və cüdo ilə məşğul olur, eyni zamanda Cit Kun Do 1967-ci ildə Brüs Li tərəfindən yaradılmış bir döyüş sistemidir. Bu döyüş növü tam özünümüdafiə texnikalarına əsaslanır. "Jeet Kune" mənası-yumruğu qabaqlamaq və ya kəskin sürətdə zərbə və hücumu zərərsizləşdirmək; "Do" isə-yol mənasını verir. Linin məşhur tələbələri arasında NBA ulduzu Kərim Əbdül-Cabbardır. Amerikalı, xüsusən də son filmi olan "Ölüm Oyunu" nda Liuə rəqib kimi çıxış edib.

Mənbə: lenta.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR