Bruney Sultanı Prezident İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib
Bruney Sultanı Hacı Həssənal Bolkiah Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Ens.az" “Report”a istinadla xəbər verir ki,məktubda deyilir:
"Zati-aliləri!
Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Mən Bruney ilə Azərbaycan arasında mövcud olan dostluq münasibətlərini yüksək qiymətləndirir və ikitərəfli əlaqələrimizin, eləcə də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində tərəfdaşlığımızın daha da inkişafına ümid edirəm.
Allah-Taala Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və firavanlıq nəsib etsin!
Vəssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət