Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Broyler toyuqlarını ziyanlı maddələrdən təmizləməyin 3 düzgün qaydası

Broyler toyuqlarını ziyanlı maddələrdən təmizləməyin 3 düzgün qaydası
Sakura

Broyler toyuqlarını ziyanlı maddələrdən təmizləməyin 3 düzgün qaydası

Artıq uzun illərdir ki, istehsalçıların tez bir zamanda toyuq yetişdirmək və istənilən çəkini əldə etmək üçün hormonal maddələrdən, müxtəlif dərman preparatlarından, eləcə də antibiotiklərdən istifadə etdikləri bildirilir.

Mütəxəssislər hesab edir ki, toyuq ətində bir çox zərərli maddələr yığılır və bunlar yeyilən zaman asanlıqla insan orqanizminə ötürülür. Təbii ki, broyler toyuqlarından imtina etmək və hamının təbii yolla yetişdirilən toyuq ətindən yararlanması mümkün deyil. Belə olan halda nə etmək lazımdır? Broyler toyuqlarından ziyanlı maddələri qəbul etməməyin, ən azı onların miqdarını azaltmağın 3 asan yolunun olduğu bildirilir:

1. Toyuğu qaynadaraq bişirəcəksinizsə, iki dəfə suyunu dəyişmək lazımdır. Zərərli maddələrin əksəriyyəti bu yolla təmizlənir.

2. Toyuğu qızartmaq istəyirsinizsə, daxili orqanları içindədirsə, mütləq onları çıxarmaq, dərisini soymaq lazımdır. Çünki zərərli toksiki maddələr ən çox daxili orqanlara və dəriyə yığılır.

3. Toyuğu ziyanlı maddələrdən təmizlənmək üçün 3-4 qaşıq xörək duzunu 1 litr suya tökün. Oraya 1-2 yemək qaşığı limon suyu və ya limon duzu əlavə edərək məhlul hazırlayın. Təxminən iki saat ərzində toyuğu bu məhlulda saxlayın. Proseduru bir də təkrarlayın. Bu zaman toyuq  istifadə üçün yararlı hala düşür. Bu proseduru adi mineral su ilə də etmək olar.

Sağlamlığınıza təhlükə yaratmamaq üçün bütün broyler quşlarını toksinlərdən belə təmizləyin.

Mənbə: e-tibb.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR