Dərc edildi: Baxış sayı: 848
Britaniyanın sərnişin təyyarəsi təsadüfən səsin sürətini aşıb
Los-Ancelesdən Londona uçan Böyük Britaniyanın "Virgin Atlantic" şirkətinə məxsus "Boeing 787-9 Dreamliner" təyyarəsi reys zamanı təsadüfən səsin sürətini aşan sürətlə hərəkət edib.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə "Popular Mechanics" nəşri yazıb.
Nəşrdə bildirilib ki, təyyarə 11 km hündürlükdə güclü hava axınına düşdüyündən sürətini artırmalı olub. Layner həmin zaman 800 m/san. (1285 km/saat) sürətlə hərəkət edib. Bu hündürlükdə isə səsin sürəti 1062 km/saatdır. Həmçinin qeyd olunub ki, təyyarənin kreyser sürəti 561 m/san. (902 km/saat) təşkil edir.
Belə sürətlə hərəkət etdiyinə görə layner təyinat nöqtəsinə təyin olunan vaxtdan 48 dəqiqə əvvəl çatıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət