Dərc edildi: Baxış sayı: 514
Britaniyada turistlər iki mərtəbəli avtobuslarda yaşaya bilərlər
Uelsdə, Tafe Vadisində qeyri-adi bir otel meydana gəlib: 1964-cü ildə istifadəyə verilən ikimərtəbəli avtobus.
Trend-in məlumatına görə, avtobus ferma ərazisində yerləşir. Avtobusu otelə çevirmək üçün bir il vaxt gərək olub. İndi iki otaq altı nəfəri qəbul edə bilər.
Birinci mərtəbədə qonaq otağı, qaz sobası olan mətbəx, lavabo və bütün lazımi əşyalar dəsti var. Bütün ingilis cüt qatlı avtobuslarda olduğu kimi ikinci mərtəbəyə dar pilləkən aparır. Otaqlarda ikiqat çarpayı, şkaf, masa, tualet və mini çamaşırxana var, ancaq duş yoxdur.
İki qatlı avtobusda bir gecə üçün qiymət təxminən 200 dollar təşkil edir, minimum qalma iki isə gündür.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət