Slimfit
  1. DÜNYA

Britaniyada məktəblilərin koronavirusla bağlı zarafat etməsi qadağan olundu

Britaniyada məktəblilərin koronavirusla bağlı zarafat etməsi qadağan olundu
Sakura

Britaniyada məktəblilərin koronavirusla bağlı zarafat etməsi qadağan olundu

Böyük Britaniyada bir sıra məktəblərdə şagirdlər üçün yeni davranış qaydaları tətbiq edilib.

"Daily Mail" xəbər verir ki, məktəblilərə qəsdən öskürmək və ya koronavirusla bağlı zarafat etmək qadağandır.

Bundan sonra şagirdlər zarafatla öskürə və ya asqıra, COVID-19 pandemiyası haqqında lağlağı edə və məqsədyönlü şəkildə başqa bir şəxslə ünsiyyət qura bilməz.

Londondakı təhsil müəssisələrindən birində "zarafatla öskürmək" məktəbdən qovulmaqla təhdid edilir.

Ölkədə bəzi məktəblilər yeni tualet qaydalarına alışmalı olacaqlar. Məsələn, Derbi şəhərindəki məktəblərdən birində hər sinfin öz tualeti var. Digər otaqlara girmək ciddi qəbahət hesab ediləcək.

Mənbə: Sonxeber.az

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR