Dərc edildi: Baxış sayı: 508
Britaniyada koronaviursdan ölənlərin sayı 34 mini ötdü
Böyük Britaniyada koronavirusun yaratdığı xəstəlikdən dünyasını dəyişənlərin sayı son 24 saat ərzində 468 nəfər artıb.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, bununla da koronavirusdan dünyasını dəyişənlərin sayı 34 466 nəfərə çatıb.
Bildirilib ki, son sutkada 3 451 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Nəticədə Böyük Britaniyada 240 161 nəfərin COVID-19-a yoluxması təsdiqlənib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət