Britaniyada koronaviruslu xəstələri müəyyən etmək üçün itlərdən istifadə ediləcək
Böyük Britaniyada koronavirusla maraqlı mübarizə üsuluna əl atacaqlar.
“AsiaOne” nəşrinin məlumatına əsasən, “Medical Detection Dogs” təşkilatı, Darem Universiteti və London gigiyena və tropik tibb məktəbi itlərə COVID-19-a yoluxan insanları qoxusuna görə seçə bilməyi öyrədəcəklər.
Bildirilir ki, itlər insanda onkologiyanı, Parkinson xəstəliyini, malyariyanı və bəzi bakterial infeksiyaları artıq müəyyən edə bilirlər.
Mütəxəssislərin sözlərinə əsasən, hər xəstəliyin xüsusi iyi var. Buna görə də, alimlər hesab edirlər ki, itlər koronavirusu aşkar etməyi altı həftə ərzində öyrənə biləcəklər. Bundan sonra isə onları hava limanlarında ölkəyə gələnləri yoxlamaq üçün istifadə etmək olar.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət