Slimfit
  1. TEXNOLOGİYA

Britaniyada ilk “5G” şəbəkəsi istifadəyə verilib

Britaniyada ilk “5G” şəbəkəsi istifadəyə verilib
Sakura

Britaniyada ilk “5G” şəbəkəsi istifadəyə verilib

Böyük Britaniyanın “EE” mobil operatoru mayın 30-da ölkədə yüksəksürətli və keyfiyyətli bağlantını təmin edəcək ilk beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) kommersiya istifadəsinə verib. “5G” şəbəkəsi hələlik London, Edinburq və Mançester daxil olmaqla altı iri şəhərin məhdud ərazisində fəaliyyət göstərəcək, lakin ilin sonunadək onun daha on şəhərdə işə salınacağı gözlənilir. İyunda “5G” şəbəkəsini digər Britaniya operatoru – “Vodafone” istifadəyə vermək niyyətindədir.

ICTnews” Elektron Xəbər Xidməti “Kommersant” resursuna istinadən yazır ki, beləliklə, Böyük Britaniya Avropada “5G” şəbəkəsindən istifadəyə başlayan ilk ölkələrdən olub. İndiyədək şəbəkə yalnız İsveçrə və Monako və San-Marino kimi bir neçə kiçik ölkələrdə istifadəyə verilib. Eyni zamanda şəbəkədən artıq ABŞ-da və bəzi Asiya ölkələrində, məsələn, Cənubi Koreyada istifadə olunub. Çin və Yaponiyada “5G” hələ ki istismara verilməyib.

Qeyd edək ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR