Slimfit
  1. DÜNYA

Britaniya yeni sanksiya siyahısı hazırlayır

Britaniya yeni sanksiya siyahısı hazırlayır
Sakura

Böyük Britaniya Səudiyyə Ərəbistanının rəsmilərinə qarşı sanksiya tətbiq etməyə hazırlaşır

"Kommersant.azxəbər verir ki, buna səbəb jurnalist Camal Qaşıqçının itkin düşməsi məsələsi olub. Məlumata görə, sanksiya siyahısını Böyük Britaniyanın Xarici İşlər Nazirliyi hazırlayır. Sanksiyalar barədə yekun qərar isə araşdırmadan sonra veriləcək. Lakin Xarici İşlər Nazirliyi məsələyə şərh verməkdən imtina edib.

Qeyd edək ki, tanınmış müxalifətçi ərəb jurnalist, "Washington Post" qəzetinin müxbiri C.Qaşıqçı, oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gedib və itkin düşüb. O, 2017-ci ildən ABŞ-da yaşayırdı.

Səudiyyə Ərəbistanı hökuməti Camal Qaşıqçının, konsulluğun binasını tərk etdikdən sonra itkin düşdüyünü bildirir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, Səudiyyə Ərəbistanı, jurnalistin itməsi ilə əlaqəsi olmadığını sübut etməlidir. Türkiyə xarici işlər nazirliyinin sözçüsü Hami Aksoyun sözlərinə görə, Türkiyə Səudiyyə Ərəbistanından, İstanbulda yerləşən Baş Konsulluğunda baxış aparmaq üçün icazə alıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR