Britaniya səfiri Avropa Liqasının finalında kimə azarkeşlik edəcək?
Bakıda keçiriləcək futbol üzrə Avropa Liqasının final matçına Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts da biganə qalmayıb.
"Report" xəbər verir ki, səfir mətbuat konfransında finalda hansı komandaya azarkeşlik edəcəyi ilə bağlı sualı cavablandırıb.
Diplomat elə diplomatik tərzdə cavab verib: "Mən Mançesterə yaxın şəhərdənəm. Ənənəyə görə, şəhərimizin sakinləri ya "Mançester Yunayted"ə, ya da "Mançester Siti"yə azarkeşlik edir". Amma düzünü deyim ki, mən bu bu komandaların oyunlarını yaxından izləyə bilmirəm. Ancaq oğlum "Mançester Yunayted" fanatıdır".
Xatırladaq ki, Avropa Liqasının final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş saat 23:00-da başlayacaq. Finalda iki İngiltərə komandası - "Arsenal" və "Çelsi" qarşılaşacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət