Slimfit
  1. DÜNYA

Britaniya insan hüquqları sahəsində ümumavropa normalarından imtina edir

Britaniya insan hüquqları sahəsində ümumavropa normalarından imtina edir
Sakura

Britaniya insan hüquqları sahəsində ümumavropa normalarından imtina edir

Böyük Britaniya hökuməti insan haqları sahəsində ümumavropa normalarından vaz keçir.

Ens.Az musavat.com-a istinadən bildirir ki, bu barədə "The Telegraph" qəzetində məlumat yayılıb.

Qəzetin informasiyasına əsasən, Baş nazir Boris Consonun kabineti məhkəmələrin tətbiq etdiyi hüquq sahəsini daraldacaq yeni qanunvericilik təklifi hazırlayır. Burada söhbət, əsasən, 1998-ci ildə qəbul olunmuş İnsan hüquqları haqqında qanunun müddəalarından gedir.

Bu aktdan imtina olunması ən çox Böyük Britaniyada məskunlaşan miqrantlara zərbə vuracaq. Belə ki, əvvəlki qanunvericiliyə əsasən, mühacirlər və qaçqınlar deportasiya təhlükəsindən qurtula bilirdi.

"The Telegraph" rəsmi Londonun bu addımının Avropa Birliyi ilə münasibətləri daha da korlayacağını yazıb.

Bu ilin yanvar ayında Böyük Britaniya "Breksit"dən sonra ölkə ərazisində qalan Avropa Birliyinin vətəndaşlarının avtomatik deportasiyasından vaz keçmişdi. Lakin yeni qanunlara görə, AB vətəndaşları 2021-ci ilin iyun ayına qədər müvafiq arayış təqdim etməlidirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR