Dərc edildi: Baxış sayı: 464
Britaniya azərbaycanlı milyarderin aktivlərini dondurur
Britaniya məhkəməsi azərbaycanlı iş adamı Fərhad Əhmədovun aktivlərinin bir hissəsini dondura bilər.
Axar.az xəbər verir ki, bu barədə “Deyli Meyl” qəzeti məlumat yayıb.
Bu qərara səbəb milyarderin keçmiş həyat yoldaşı Tatyana Əhmədovaya məhkəmənin təyin etdiyi məbləği ödəməkdən imtina etməsi olub.
Qeyd edək ki, 2016-cı ildə məhkəmə iş adamına keçmiş həyat yoldaşına sərvətinin 41,5 faizini vermək haqqında qərar vermişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət