Slimfit
  1. İQTİSADİYYAT

“Brent” OPEC+in hasilatı tədricən artırmaq qərarından sonra bahalaşır

“Brent” OPEC+in hasilatı tədricən artırmaq qərarından sonra bahalaşır
Sakura

“Brent” OPEC+in hasilatı tədricən artırmaq qərarından sonra bahalaşır

Londonun ICE birjasında ticarət zamanı “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti OPEC+ ölkələrinin may ayından etibarən neft hasilatını tədricən artırmaqla bağlı qərarı fonunda artım tendensiyası göstərir.

Ens.az Report.az-a istinadən xəbər verir ki,  bunu ticarət sövdələşmələrinin məlumatları sübut edir.

Belə ki, Bakı vaxtı ilə saat 19:25-ə olan məlumata görə, “Brent” markalı neftin bir barelinin qiyməti 62,62 ABŞ dolları səviyyəsində olub. Bu da əvvəlki ticarət sessiyasının səviyyəsindən 0,2% azdır. Eyni zamanda WTI markalı neftin dəyəri 0,17% artaraq bir barel üçün 59,28 ABŞ dollarına yüksəlib.

Bakı vaxtı ilə 19:46-ya olan məlumatda isə “Brent” bahalaşaraq 63,48 dollar/barel (+1,2%) səviyyəsində ticarət olunub. WTI isə 1,4% bahalaşaraq 60,02 dollar/barelə satılıb.

Daha əvvəl nazirlərin danışıqlarına qatılan iki mənbə TASS-a OPEC+ ölkələrinin may-iyul aylarında gündəlik neft hasilatını 1,14 milyon barel həcmində bərpa edə biləcəklərini söyləmişdi. Onların məlumatına görə, may və iyun aylarında gündəlik artım 350 min barel, iyulda isə gündəlik 441 min barel olacaq. Səudiyyə Ərəbistanı da may ayından etibarən könüllü hasilat ixtisarını yumşaldacaq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR