Slimfit
  1. DÜNYA

Brendlərin irqçilik səhvləri

Brendlərin irqçilik səhvləri
Sakura

Brendlərin irqçilik səhvləri

“Gucci” brendi yenə dünyanın diqqətini öz üzərinə çəkməyə nail olub. Amma bu dəfə yeni kolleksiyanın yaradıcıları “Gucci” sevənlərin hiddətinə səbəb olublar. Belə ki, yun qara sviterin boğazındakı dodaq yarığı rasizmin bariz nümunəsi hesab edilib. Sosial şəbəkə istifadəçilərinin qaradərililərə qarşı irqi təhqir iddiasından sonra brend rəhbərliyi “Gucci”nin rəsmi səhifəsində açıqlama yayımladı. Açıqlamada deyilib ki, həmin qara sviter dərhal satışdan çıxarılacaq və bu hal komanda üçün unudulmaz həyat dərsi olacaq.

“Gucci”dən əvvəl “Prada” brendi də oxşar qalmaqalla rastlaşmışdı. Belə ki, Pradamalia kolleksiyasındakı Otto Toto adlı meymun fiquru irqçiliyə işarə kimi dəyərləndirilmişdi.

Xatırladaq ki, bu payız “Dolce & Gabbana” şirkəti rasizmdə günahlandırıldı. Odur ki, brend Şanxaydakı şounu ləğv etmək məcburiyyətində qaldı. Səbəb isə çinli qızın pizza, kanolli və spagettini taxta çubuqla yeməyə cəhd etdiyi reklam çarxı idi. Reklam Çin mədəniyyəti üçün təhqir hesab edilərək, bir müddət ölkədə brendin satışına qadağa qoyuldu.

Mənbə: Gencaile

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR