Slimfit
  1. DÜNYA

Braziliyanın milli muzeyi yandı, 20 milyon eksponat məhv oldu

Braziliyanın milli muzeyi yandı, 20 milyon eksponat məhv oldu
Sakura

Braziliyanın ən iri şəhərlərindən olan Rio-de-Janeyroda yerləşən ölkənin milli muzeyində yanğın baş…

Braziliyanın ən iri şəhərlərindən olan Rio-de-Janeyroda yerləşən ölkənin milli muzeyində yanğın baş verib. 

AzVision.az“Globo” ya istinadən xəbər verir ki, yanğın nəticəsində muzey və onun içərisində saxlanılan 20 milyondan çox qiymətli maddi-mədəni eksponatlar tamamilə yanaraq kül olub.
Ötən gecə baş verən yanğında itkilər və ya xəsarət alan olmayıb. Yanğının baş vermə səbəbləri bilinmir. 

Braziliya prezidenti insidentlə əlaqədar "Tvitter" səhifəsində məyusluğunu ifadə edib. Bildirib ki, yanğın nəticəsində 200 illik əmək, tədqiqatlar və elmi biliklər itirildi. 

Qeyd edək ki, Rio-de-Janeyrodakı Braziliya milli muzeyi 1818-ci ildə Portuqaliya kralı VI Juan tərəfindən təsis edilib. Muzeydə Şimali və Cənubi Amerikada heyvanlar, minerallar, fosillər, mumiyalar və hindu qablarından ibarət ən iri kolleksiyalar təqdim olunurdu.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR