Slimfit
  1. İDMAN

Braziliyalı sabiq futbolçu Leonardo “Milan” klubunun idman direktoru təyin edilib

Braziliyalı sabiq futbolçu Leonardo “Milan” klubunun idman direktoru təyin edilib
Sakura

Braziliyalı sabiq futbolçu Leonardo “Milan” klubunun idman direktoru təyin edilib

İtaliyanın “Milan” klubunun yeni rəhbərliyi komandanın sabiq futbolçusu və məşqçisi braziliyalı Leonardonu idman direktoru vəzifəsinə təyin edib.

AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, “Elliott Management” Sərmayə Fondunun klubun səhmlərini satın almasından sonra rəhbərlikdə dəyişikliklər edilib. “Milan”ın prezidenti Li Yonqhonq və klubun keçmiş direktoru Marko Fassone vəzifələrindən azad olunublar. “Rossoneri”lərin yeni prezidenti vəzifəsinə Paolo Skaroni təyin olunub. Klubun idman direktoru Massimiliano Mirabelli də vəzifəsindən kənarlaşdırılıb. Bu vəzifəyə Leonardo gətirilib. “Leonardonun kluba qayıtması “Milan” klubunun əvvəlki səviyyəyə yüksəlməsi üçün mühüm addımdır”, - deyə P.Skaroni bildirib.

Leonardo 1997-ci ildən 2001-ci ilədək, həmçinin 2002-2003-cü il mövsümündə “Milan” klubunun şərəfini qoruyub. Futbolçu karyerası ərzində 1999-cu ildə İtaliya çempionu, 2002-ci ildə İtaliya kubokunu qazanıb.

2009-2010-cu il mövsümündə “Milan” klubunun baş məşqçisi olan Leonardonun rəhbərliyi ilə komanda İtaliya çempionatının bürünc medallarına layiq görülüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR