Dərc edildi: Baxış sayı: 265
Braziliyada fövqəladə vəziyyət elan olundu
Dünyaca məşhur karnavalın başlamasına bir neçə gün qalmış Rio-de-Janeyroda denq qızdırması epidemiyasına görə fövqəladə vəziyyət elan edilib.
Ens.az Axar.az-a istinadən xəbər verir ki,, bu barədə şəhərin meri Eduardo Paesin imzaladığı sərəncamda bildirilib.
“Şəhərdə qızdırma ilə mübarizə planı tətbiq edilib. O cümlədən xəstəliyin yayılması ilə mübarizə üçün operativ mərkəz yaradılıb. Denq xəstəliyinə yoluxmaqda şübhəli bilinən insanlar üçün 10 təcili qəbul mərkəzi açılacaq. Bələdiyyə xəstəxanaları şəbəkəsi xəstəliyə tutulmuş xəstələr üçün kvota ayıracaq”, - sərəncamda vurğulanıb.
Qeyd edək ki, denq qızdırması təhlükəli tropik xəstəlikdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət