Dərc edildi: Baxış sayı: 504
Braziliya klubunun baş məşqçisi vurduğu qola görə futbolçuya mükafat verib
Braziliyanın "Qremio" klubunun baş məşqçisi Renato Portaluppi futbolçulara verdiyi vədi yerinə yetirib.
"Report" xəbər verir ki, 57 yaşlı mütəxəssis yıxılaraq başı üzərindən zərbə ilə rəqib qapısına qol vuran futbolçusunu mükafatlandırıb.
Noyabrın 10-da ölkə çempionatının XXXII turunda "Şapekoense" ilə oyun zamanı yarımmüdafiəçi Luisiano "bisiklet" zərbə ilə fərqlənib. Bu, matçda vurulmuş yeganə qol olub.
İki həftədən sonra Portaluppi maşın alması üçün Luisianonun hesabına 9 min avro köçürüb. O, həmin çeki jurnalistlərə də göstərib. Futbolçu avtomobildən imtina edib və pulu nağd formada götürməyi üstün tutub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət