Dərc edildi: Baxış sayı: 434
Braziliya ən böyük neft şirkətini özəlləşdirir
Braziliya hökuməti “Petrobras” dövlət neft-qaz şirkətini özəlləşdirə bilər.
Axar.az xəbər verir ki, bunu “RİA Novosti”yə müsahibəsində Braziliyanın eks-prezidenti Dilma Rusef deyib.
“Məncə, bununla bağlı risk var. O, mərhələli şəkildə özəlləşdiriləcək. Təqaüd reformlarından sonra bu, hökumətin əsas hədəfi olacaq. Bununla bərabər hökumət dövlət banklarını da özəlləşdirməyə çıxaracaq”, – deyə o bildirib.
Qeyd edək ki, "Petrobras" Braziliyanın ən böyük neft-qaz şirkətidir. Bu şirkət dünyanın ən çox gəlirə sahib 500 şirkətinin yer aldığı "Fortune Global 500" siyahısında 28-ci yerdədir.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət