Dərc edildi: Baxış sayı: 448
“Brayton” baş məşqçisini istefaya göndərib
İngiltərənin “Brayton” klubu baş məşqçisi Kris Hyutonu istefaya göndərib.
ONA-nın məlumatına görə, mütəxəssis 2018/19 mövsümü başa çatdıqdan sonra vəzifəsindən ayrılıb.
K.Hyutonla birlikdə köməkçiləri də klubu tərk ediblər. 2014-cü ildən komandaya rəhbərlik edən mütəxəssis klubu tarixində ilk dəfə Premyer Liqaya çıxaran baş məşqçi olub və 2 mövsüm yerini qorumağı bacarıb.
Qeyd edək ki, “Brayton” yeni başa çatan mövsümü 17-ci pillədə bitirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət