ABŞ Bransonun qarşılığında onu verəcək: Türkiyənin alacağı "mükafatlar"ın tam siyahısı
ABŞ Türkiyənin amerikalı rahib Endryu Bransonu azad etməsinin qarşılığında Ankaraya yönəlik bir sıra müsbət addımlar ata bilər.
Publika.az xəbər verir ki, bu haqda “Milliyyət” nəşrində türkiyəli yazar Özay Şəndir qələmə aldığı “ABŞ-Türkiyə münasibətlərinin gələcəyi” başlıqlı yazısında bildirib.
Onun sözlərinə görə, Ankara rahibin azad olunmasının qarşılığında aşağıdakı "mükafatlar"ı ala bilər:
- Daxili işlər və ədliyyə nazirlərinə qarşı tətbiq olunan sanksiyalar dərhal aradan qaldırıla bilər.
- Türkiyədən idxal edilən polad və aliminuma tətbiq olunan əlavə rüsumlar ya azaldıla, ya da ləğv edilə bilər.
Ancaq yazar qeyd edir ki, Rusiyadan alınacaq “S-400” zenit-raket sistemləri və “F-35” təyyarələrinin Türkiyəyə çatdırılması məsələsi Branson məsələsindən ayrı mövzudur və bu mövzularda çətinliklərin dərhal aradan qaldırılacağını düşünmək xəyalpərəstlik olardı.
“Suriyada ABŞ ilə Türkiyə arasında maraqların toqquşması var. ABŞ PKK-nın Suriya qolu olan YPG-yə dəstəyindən vaz keçməz, çünki fərqli planları var. Türkiyənin həm FETÖ, həm də YPG mövzusunda Vaşinqtondan gözləntiləri davam edir. Artıq ABŞ-Türkiyə münasibətlərində konkret bir irəliləyişin təmin olunması Vaşinqtonun atacağı addımlara bağlıdır”, - Özay Şəndir qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət