Slimfit
  1. AZƏRBAYCAN

BQXK: Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşən şəxslərin ailə üzvlərindən 5000-dən çox bioloji nümunə toplanıb

BQXK: Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşən şəxslərin ailə üzvlərindən 5000-dən çox bioloji nümunə toplanıb
Sakura

BQXK: Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşən şəxslərin ailə üzvlərindən 5000-dən çox bioloji nümunə…

"Bu gün, müxtəlif şəraitlərdə itkin düşmüş milyonlarla insanın anılması üçün Beynəlxalq İtkin Düşmüş Şəxslər günü kimi qeyd olunur. Biz bu gün, həmin şəxslərin ailələri ilə həmrəyliyimizi və bu çətin durumda onların yanında olduğumuzu qeyd etmək istəyirik". 

"Report" xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri İlahə Hüseynova deyib. 

O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş minlərlə şəxsin ailələri ümid və əlacsızlıq arasında yaşamağa davam edirlər: "Yeni xəbərin olmadığı hər bir gün yaxınlarının taleyinin aydınlaşdırılmasını gözləyən insanlar üçün narahatlıq və qeyri-müəyyənliklə dolu növbəti günə çevrilir. 

Artıq onilliklərdir ki, BQXK regionda itkin düşmüş şəxslərin talelərinin aydınlaşdırılması ilə bağlıfəaliyyətlər həyata keçirir və itkin ailələrinə cavab verilməsi üçün dövlət qurumlarına dəstək göstərir. BQXK-nın Bakı və Yerevan nümayəndəlikləri və Dağlıq Qarabağn missiyası, bu münaqişə nəticəsində itkin düşmüş 4500-dən çox insan qeydə alınıb".

Bu gün, Beynəlxalq İtkin Düşmüş Şəxslər günündə, il boyu keçirilən bir sıra anım mərasimlərindən biri də Şəkidə, təşkil olunub. İtkin düşmüş şəxslərin ailələri qarşısında çıxış edən BQXK-nın Müdafiə proqramı üzrə əməkdaşı Qumral Aslanova, doğma insanın taleyini bilmədən yaşamağın çətinliyini vurğulayıb: “Bizə yaxın olan şəxsin həyatını itirməsi çox faciəvi bir haldır. Lakin, biz bu hüznlə qarşılaşsaq da, bir müddət sonra onların xatirələri ilə yaşayaraq normal həyatımıza qayıda bilirik. Ailə üzvünün itkin düşməsi isə sanki zamanı dayandırır. Ailələr bilmirlər ki, hüzn saxlasınlar ya ümidlə gözləsinlər”.

Bakı nümayəndəliyindən bildirilib ki, BQXK dövlət qurumlarına, itkin düşmüş şəxslərin talelərinin aydınlaşdırılması, və beləliklə də onların ailələrinə cavab verilməsi yönündə dəstək göstərməyə davam edir: "İtkin düşmüş şəxslər haqqında toplanılan ətraflı məlumatlara əlavə olaraq, BQXK-nın Bakı nümayəndəliyi Əsir, və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə əməkdaşlıq şəraitində, itkinlərin ailə üzvlərindən 5000-dən çox bioloji istinad nümunəsi toplanıb. Burada əsas məqsəd gələcəkdə itkin düşmüş insanların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün zəruri olan informasiyanın qorunmasını təmin etməkdir.

Beynəlxalq Qızıl Xaç Komitəsi həmçinin ən ehtiyaclı ailələrə psixo-sosial dəstək göstərən təlim keçmiş müşaiyətçilər şəbəkəsini də dəstəkləməyə davam edir. Müşaiyətçilər itkin düşmüş şəxslərin yaxınlarına ev görüşləri, anım mərasimləri təşkil etməklə, onları lazımi orqanlara yönləndirməklə (dövlət orqanları, özəl təşkilatlar və ya ictimai cəmiyyətin nümayəndələri) və ya sadəcə ailələr arasında əlaqələri saxlamaqla kömək edirlər. 2018-ci ilin ilk yarısında 1000-dən çox şəxs bu istiqamətdə müxtəlif dəstək alıb. 

BQXK neytral, qərəzsiz və müstəqil humanitar təşkilat olub, başlıca məqsədi silahlı münaqişələr və digər zorakılıq hallarından əziyyət çəkən şəxslərin həyat və ləyaqətini qorumaqdan ibarətdir. Təşkilat Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olaraq 1992-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərir".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR