Slimfit
  1. MEDİA

BP şirkəti UTECA-ya kitablar hədiyyə edib

BP şirkəti UTECA-ya kitablar hədiyyə edib
Sakura

BP (British Petroleum) şirkəti UTECA-ya kitablar hədiyyə edib

BP şirkəti (British Petroleum) dünyanın aparıcı universitetlərində ən geniş istifadə edilən iqtisadiyyat üzrə kitabları Azərbaycan Texnologiya Universitetinə hədiyyə edib. Beynəlxalq iqtisadiyyat: Nəzəriyyə və siyasət(Pol R. Kruqman, Mauris Opstfeld və Mark J. Melitz), Makroiqtisadiyyat (Olivye Blanşar), Mikroiqtisadiyyatın əsasları (müəlliflər: Karl E.Keys, Rey C. Feyr və Şaron E.Oster) və lüğət kitablarını UTECA-nın rektoru, professor Akif Süleymanova BP-nin nümayəndəsi Elnur Sofiyev təqdim edib.

Rektor BP-nin təhsil sahəsindəki yenu təşəbbüsünün təqdirəlayiq olduğunu, gənc nəsildə biliklərin formalaşmasına, təhsilin inkişafına dəstək verəcəyini qeyd edib.

Sözügedən kitablar universitetlərin iqtisadiyyat fakültələrində tələbə və müəllimlərin, habelə qlobal iqtisadi nəzəriyyə, siyasi və iqtisadi inkişaf üzrə ixtisaslaşan daha geniş auditoriyanın istifadə etməsi məqsədilə ilk dəfədir Azərbaycan dilinə tərcümə edilib.

BP-nin vitse prezidenti Bəxtiyar Aslanbəylinin UTECA-nın rektoru, professor Akif Süleymanova ünvanladığı məktubda qeyd edilir: “BP-nin sponsorluğu ilə nəşr edilən kitabların tələbələriniz üçün faydalı olacağına inanırıq və bu kitabların 40 nüsxəsini şirkətimizin adından universitetinizin kitabxanasına təqdim edirik”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR