Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Boyun osteoxondrozu müalicəyə çətin tabe olan xəstəlikdir

Boyun osteoxondrozu müalicəyə çətin tabe olan xəstəlikdir
Sakura

Boyun osteoxondrozu müalicəyə çətin tabe olan xəstəlikdir

Elm və texnikanın sürətlə inkişafı, insanların tənbəlləşməsi, kompüter qarşısında saatlarla hərəkətsiz zaman keçirməsi bir sıra xəstəliklərin, xüsusən də boyun osteoxondrozunun artmasına səbəb olur.

Həkim-fitoterapevt Fizuli Hüseynov boyun osteoxondrozu barədə AZƏRTAC-a müsahibəsində deyib: “Baş-beyin orqanizmi idarə edən orqan olduğuna görə osteoxondroz nəticəsində onun qan dövranının zəifləməsi bütün bədənin işini pozur. Osteoxondroz nə qədər ağırlaşırsa, beyin qan dövranının pozulması əlamətləri–başgicəllənmə, ağrı, keyimə kimi hallar da o qədər çoxalır. Bəzən başgicəllənmə o dərəcəyə çatır ki, xəstə yolu düz gedə bilmir, başağrısı gün boyu davam edir. Boyun osteoxondrozunun daha da ağırlaşması nəticəsində bütün bədəndə, əsasən də ayaq və qollarda hissiyyatsızlıq və keyimə halları meydana çıxır”.

Həkim bildirib ki, boyun osteoxondrozu ağır xəstəlikdir və müalicəyə çətin tabe olur. Dərman preparatları və bitkilərlə aparılan müxtəlif müalicələr yalnız müvəqqəti nəticə verir. Xəstəlik zamanı fəqərə arasındakı qığırdaqlar tamamilə dağılır, fəqərələrin sümük səthləri bir-birinə toxunaraq zədələnir və bütün fəsadlar da bundan sonra başlayır.

F.Hüseynov xəstəliyin müalicə yolları barədə danışarkən bunları məsləhət görüb: “Boyun osteoxondrozunu aradan qaldırmaq üçün bir neçə təbii üsuldan istifadə olunur. Bu üsullardan qanalmanı və zəli qoymanı misal çəkmək olar. Zəli qoymazdan əvvəl qanın ümumi analizinə və qan laxtalanmasına diqqət yetirmək vacibdir. Bununla yanaşı təbii-müalicəvi otlardan da istifadə etmək olar. Misal üçün, eyni miqdarda öksəotu və sofora bitkiləri qarışdırılır. Bu qarışımdan hər gün iki xörək qaşığı üç stəkan su tutan termosda dəmlənir. Hazır məhlul iki ay müddətində gündə üç dəfə olmaqla yeməkdən əvvəl bir stəkan qəbul edilir.

Müalicə proseduru hər dörd aydan bir təkrar edilir. Boyun osteoxondrozunun daha bir səmərəli müalicəsi isə təzə andız köklərini ətçəkən maşından keçirilərək boyuna qoyulub bağlanılmasıdır. Andız kökünü iki gündən bir cəmi on dəfə qoymaq daha səmərəlidir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR