Slimfit
  1. MARAQLI

Böyüklüyünə görə dünyanın ən iri beşinci almazı tapılıb

Böyüklüyünə görə dünyanın ən iri beşinci almazı tapılıb
Sakura

Böyüklüyünə görə dünyanın ən iri beşinci almazı tapılıb

Dünya tarixində ən böyük almazlardan biri "Gem Diamonds Ltd" kompaniyasının Lesotoda yerləşən "Letseng" mədənində aşkarlanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, xüsusi dərəcədə keyfiyyətli olan qiymətli daşın çəkisi 910 karatdır. Rəngsiz (D şkalası) daş lla tipinə aiddir, yəni onun tərkibində demək olar, azot və ya bor qatışığı yoxdur; dünyada belə almazlar 1 faizdən az hasil olunur. O, böyüklüyünə görə indiyə qədər dünyada aşkar olunan beşinci, Lesotoda isə birinci almazdır.

Tapıntının ardından yanvarın 15-də Londonda keçirilən hərracda "Gem Diamonds Ltd" kompaniyasının aksiyaları 13 faiz bahalaşıb.

"Letseng" mədəni almazlarının keyfiyyətinə və ölçülərinə görə məşhurdur. 2006-cı ildən bəri dünyanın ən iri 20 ağ almazının dördü burada tapılıb. Onların arasında rekord 603 karatlıq "Lesotonun vədi" (Lesotho Promise) almazına məxsusdur. Xüsusi keyfiyyət bu mədənin tapıntılarına ən yüksək orta dəyər təmin edir - 1 karatına görə 2 min dollara qədər. Qeyd edək ki, ötən il 1 karat almazın orta qiyməti 120 dollar olub.

Kompaniya hələlik yeni almaz barədə planlarını bildirmir. "Liberum" broker şirkəti isə "Letseng" rekordçusunu ilkin olaraq 40 milyon dollar həcmində qiymətləndirib.

Kanadanın "Lucara Diamond" kompaniyası ötən il çəkisi 1100 karatdan yuxarı olan "Lesedi la Rona" almazını 53 milyon dollara (1 karat üçün 47,8 min dollar) satmışdı. Bir il öncə isə kompaniya daha kiçik - 813 karatlıq daşdan 63 milyon dollar gəlir əldə etmişdi.

Qeyd edək ki, çəkisinə görə dünya rekordçusu 3106 karatlıq "Kullian" almazıdır. O, 1905-ci ildə Cənubi Afrika Respublikasında tapılıb. Almazın dəyəri 2 milyard dollar həcmində qiymətləndirilsə də, hərraclara heç vaxt çıxarılmayıb. Böyük Britaniya kralı VII Eduarda bağışlanan "Kullian" 9 iri və 96 kiçik brilyanta parçalanıb. Hazırda onların ən iriləri Britaniya tacını bəzəyir.

Uzun müddət dünyanın ikinci ən böyük almazı sayılan "Ekselsior" (995,2 karat) 1893-cü ildə müasir CAR-ın ərazisində aşkarlanıb. Hazırda o öz yerini "Lesedi la Rona" almazına buraxaraq üçüncü pilləyə enib. Siyahıda dördüncü yerdə isə çəkisi 969 karat olan "Serra-Leone Ulduzu" qərarlaşıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR