Dərc edildi: Baxış sayı: 604
“Böyük xərclərdən qorxmaq lazım deyil, kiçik gəlirlərdən qorxmaq lazımdır” – Rokfellerin 17 müdrik fikri
Con Rokfeller—adı sərvətin simvolu olan amerikalı sahibkar və multimilyoner olub. 1917- ci ildə onun sərvəti təxminən 1 milyard dollar (hazırki ölçüdə 200 mlrd. dollardan artıq) olaraq qiymətləndirilmişdir. Biz sizin üçün faydalı ola biləcək C. Rokfellerin 17 ən məşhur sitatını yığıb təqdim edirik.
- Əgər sizin yeganə məqsədiniz varlı olmaqdısa, siz heç vaxt bu məqsədə çata bilmiyəcəksiniz.
- Mən hər zaman müvəffəqiyyətimə inanmışam, çünki Allah şahiddir, bunun üçün mən özümü tam olaraq işə vermişəm.
- İnsanlarla ünsiyyət qurmaq bacarığı bir əmtəədir və biz onu çay və ya kofe kimi gedib ala bilərik. Mən bu bacarığı əldə etmək üçün əlimdə olan hər şeyi verməyə hazıram.
- Zarafat etmək və borc pul götürmək qarşı tərəf bunu gözləmədiyi anda lazımdır.
- Mənə düşünən xalq lazım deyil, işləyən xalq lazımdır.
- Müvəffəqiyyət qazanmaq üçün lazım olan ən önəmli keyfiyyət inadkarlıqdır.
- Dünyada mövcud olan ən aciz bir şey pula görə pul qazanmaqdır.
- Mən heç vaxt bilmirdim kim olacam, amma dəqiq bilirdim ki hər bir şeyin daha yaxşısına layiqəm.
- Biznes üzərində qurulmuş dostluq, dostluq üzərində qurulmuş dostluqdan daha yaxşıdır.
- Mən düşünürəm ki, mənim əsas borcum pul qazanmaq və qazandığım pulu ən yaxınlarıma xərcləməkdi.
- Böyük xərclərdən qorxmaq lazım deyil, kiçik gəlirlərdən qorxmaq lazımdır.
- Yaxşı idarəçilik sistemini qurmaq üçün, aşağı təbəqənin yuxarı təbəqədən örnək götürməsi üçün şərait yaratmaq lazımdır.
- Mən öz gəlirimin 100%-nı almaqdansa, yüz nəfərin gəlirinin 1% -i almağa daha çox üstünlük verərdim.
- Adınızı qazanmaq üzərində işləyin və sonra adınız sizə işləyəcək.
- Mən hər bir uğursuzluğu bir fürsətə çevirməyə çalışmışam.
- Hər gün işləyən bir insanın pul qazanmağa vaxtı yoxdur.
- Mən hər bir şeyi bilən insanı yox, çox həvəsli olan insanı işə götürərəm.
Mənbə: Banker.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət