Slimfit
  1. DÜNYA

Böyük Səhrada naməlum sivilizasiyaya məxsus qədim abidələr tapıldı

Böyük Səhrada naməlum sivilizasiyaya məxsus qədim abidələr tapıldı
Sakura

Müstəqil tədqiqatçı Nik Bruks və arxeoloq Coan Klark Qərbi Səhrada yüzlərlə daş abidə aşkar ediblər

Müstəqil tədqiqatçı Nik Bruks və arxeoloq Coan Klark Qərbi Səhrada yüzlərlə daş abidə aşkar ediblər.

Ölkə.Az” xəbər verir ki, yaşı bir neçə min il olan abidələrin hansı sivilizasiyaya məxsus olduğu bilinmir.

Arxeoloji qazıntılara 2002-ci ildə start verilib. Bundan başqa, alimlər peyk fotolarından da istifadə ediblər. Nəticədə naməlum sivilizasiya tərəfindən ucaldılan yüzlərlə daş abidə tapılıb.

Daha böyük abidələr daş xətt və daşlardan ibarətdir. Onlar birlikdə hansısa kompleksi yaradırlar. Bu komplekslərin rituala aid olduğu ehtimal edilir. Məsələn, daş dairələr və düz xətlərdən ibarət daş abidələrin analizi göstərib ki, onların yaşı 1500 ildir. Amma abidənin sırf hansı xalqa məxsus olduğunu aşkar etmək mümkün olmayıb. Kompleksin uzunluğu 630 metrdir. Bəzi daşların altında insan qalıqları da tapılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR