Slimfit
  1. TEXNOLOGİYA

Böyük elektronika istehsalçıları “8K” Assosiasiyası yaradıblar

Böyük elektronika istehsalçıları “8K” Assosiasiyası yaradıblar
Sakura

Böyük elektronika istehsalçıları “8K” Assosiasiyası yaradıblar

İri texnika istehsalçıları “8K” təsvir ölçüsünün inkişafı üçün birləşərək “8K Association” adlı assosiasiya təsis ediblər. Assosiasiyaya “Samsung”, “TCL”, “Hisense”, “Panasonic” şirkətləri, eləcə də əsas “8K” panel tədarükçüsü “AU Optronics” daxildir.

ICTnews” Elektron Xəbər Xidməti “Mediasat” resursuna istinadən yazır ki, təşkilatın məqsədi alıcıları “8K” ilə tanış etmək, “8K” kontenti və onu göstərən qurğuların həcmini genişləndirmək, kontent tədarükçülərini “8K” təsvir ölçüsündən istifadəyə sövq etmək, yerli avadanlıq istehsalı bazarları üçün kontent yaratmaq, “8K” qurğuları və siqnal qəbulu üçün minimal texniki tələblər hazırlamaq, eləcə də qurğuları kateqoriyalara ayırmaqdır.

İştirakçıların fikrincə, assosiasiyanın yaradılması “8K” standartının inkişafını və gündəlik həyata tətbiqini sürətləndirməyə imkan verəcək.

Qeyd edək ki, “8K” təsvir ölçüsü (7680×4320 piksel) göstərmə dəqiqliyinə görə “Full HD” (1920×1080 piksel) formatını 16 dəfə üstələyir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR